CƏMİYYƏT


Yapon alimləri virusun necə yayılmasını göstəriblər

Bakı, 25 oktyabr, AZƏRTAC

Maskalar bütün dünyada insanlar üçün adi atributa çevrilib: hesab edilir ki, onlar müəyyən dərəcədə koronavirusun yayılmasının qarşısını alırlar. Ancaq təhlükə gözlə görünmədiyindən, bu üsulun necə işlədiyini təsəvvür etmək olmur. Bir qrup yapon tədqiqatçısı insanın maskasız danışdığı, oxuduğu və öskürdüyü vaxt virus hissəciklərinin hərəkətini modelləşdirmək və nümayiş etdirmək üçün “Fugaku” superkompüterindən istifadə edib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, tədqiqatçılar qrupuna rəhbərlik edən Kobe University & RIKEN-nin professoru Makoto Subokura deyib: “Əgər biz virusun məhz necə yayıla biləcəyini çəkib bütün dünyaya göstərə bilsək, onda insanlar təhlükənin ciddiliyini birbaşa təsəvvür edər və zəruri qabaqlayıcı tədbirlər haqqında elmi cəhətdən düşünərlər”.

Tədqiqatlar nəticəsində məlum olub ki, daha yüksək hava rütubəti kiçik aerozol hissəciklərinin sayının artmasına səbəb olur. Alimlər müxtəlif qoruyucu vasitələri müqayisə edərək belə bir qənaətə gəliblər ki, maskalar həqiqətən də yüksək qoruyucu effektə malikdir. Bununla yanaşı, onlardan düzgün istifadə olunmasının və sosial məsafənin qorunmasının vacibliyi də qeyd olunub. Təcrübələr göstərir ki, böyük hissəciklər virusdaşıyıcılarının yaxınlığında yerə düşür və onlardan uzağa uça bilmirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.