Yapon azarkeşlər milli yığmanın qələbəsini böyük sevinclə qeyd edirlər
AzerTAg.az

Tokio, 20 iyun, AZƏRTAC
Yapon azarkeşlər futbol üzrə dünya çempionatında milli yığmanın Kolumbiya komandası üzərində 2:1 hesabı ilə qələbəsini böyük sevinclə qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, Tokionun Şibuya rayonunda milli yığmanın uniformasında olan azarkeşlər sevinc sədaları altında, əllərini yuxarı qaldıraraq bir-birilərini təbrik ediblər.
Bu məşhur yol kəsişməsinə insanların hərəkətini tənzimləmək üçün 100-dən çox polis cəlb edilib. Onlar piyadaları yol hərəkəti qaydalarına əməl edərək kəsişmədə dayanmamağa çağırıblar.
Osaka şəhərinin qədim hissəsində isə ictimai monitorda oyunun gedişini izləyən azarkeşlər milli yığmanın oyunçularının adlarını ucadan qışqıraraq onları təbrik ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var