DÜNYA
Yaponiya ABŞ tərəfindən polad və alüminium ixracına yeni tariflərin tətbiqinə cavab hazırlayır
Tokio, 18 may, AZƏRTAC
Yaponiya hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni tariflərlə bağlı hazırladığı cavab tədbirləri barədə Dünya Ticarət Təşkilatına (DTT) müraciəti yekunlaşdırmaq üzrədir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, cari ilin aprelində ABŞ administrasiyası polad və alüminiumun ixracı ilə əlaqədar tariflərin artırılması nəzərdə tutulan ölkələr sırasından Yaponiyanı çıxarmayacağını elan edib.
NHK telekanalı etibarlı mənbələrə istinadla bildirir ki, Yaponiya hökuməti beynəlxalq ticarət qaydalarına uyğun olaraq cari həftənin sonunadək DTT-ni məlumatlandıracaq.
Yaponiyanın ABŞ-dan idxal edilən məhsullara tətbiq edilən tarifləri təqribən 490 milyon dollaradək artıracağı gözlənilir ki, bu da ABŞ tərəfindən tətbiq olunan tariflərə bərabərdir. Hökumətin tarifləri məhz hansı məhsullara tətbiq edəcəyi barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio