DÜNYA


Yaponiya Çindən Tayvan yaxınlığında keçirilən hərbi təlimləri dayandırmağı tələb edib

Tokio, 5 avqust, AZƏRTAC

Yaponiya hökuməti Çindən Tayvan yaxınlığında keçirilən hərbi təlimləri dayandırmağı tələb edib. Təlimlər zamanı buraxılan raketlərin Yaponiyaya məxsus iqtisadi zonaya düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida avqustun 5-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə keçirilən görüşün yekunlarını şərh edərkən bəyan edib.

“Çin tərəfindən buraxılan raketlər bizim məxsusi iqtisadi zonamız da daxil olmaqla ölkəmizin yaxınlığına düşüb. Bu, ölkəmizi və əhalimizi təhlükə qarşısına qoyan ciddi problemdir. Bununla əlaqədar biz Çinin hərəkətlərini pisləyirik və buna etirazımızı bildirmişik. Bundan əlavə, Çinin hərəkətləri həm regionda, həm də bütün dünyada sülhə və sabitliyə ciddi təhdiddir. Biz Çindən təlimlərin dərhal dayandırılmasını tələb edirik”, - deyə Baş nazir bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.