DÜNYA


Yaponiya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edib

Tokio, 5 oktyabr, AZƏRTAC

Yaponiya yeddi aylıq fasilədən sonra Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa etməyə qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Yaponiya tərəfi səfirlikdə çalışacaq diplomatların və digər əməkdaşların təhlükəsizliyinin lazımi səviyyədə qorunacağına əmindir.

Diplomatik missiyanın oktyabrın 5-dən etibarən yenidən fəaliyyətə başlayacağı bildirilir. Yaponiya G7 ölkələri arasında Kiyevdə diplomatik missiyanı bərpa edən sonuncu ölkə olacaq. Belə ki, G7 üzvü olan ölkələr bu addımı artıq aprel-may aylarında atıblar.

Qeyd edilir ki, Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda avqustun 22-dən sentyabrın 4-dək Kiyevə səfər edərək vəziyyəti yerində qiymətləndirib. Bundan sonra diplomatik heyətin fəaliyyətinin bərpası barədə qərar qəbul edilib.

Xatırladaq ki, Yaponiya hökuməti Ukraynada hərbi əməliyyatlarla bağlı martın 2-də Kiyevdəki diplomatik nümayəndəliyin müvəqqəti bağlandığını elan edib.

Səfirlik əvvəlcə Lvov şəhərinə, daha sonra Polşaya köçürülüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.