DÜNYA


Yaponiya hökuməti Çin gəmilərinin mübahisəli əraziyə girməsi ilə əlaqədar böhran qərargahı yaradıb

Tokio, 11 fevral, AZƏRTAC 

Çin patrul gəmilərinin mübahisəli sulara girməsi ilə əlaqədar Yaponiya Baş nazirinin dəftərxanası yanında böhran qərargahı yaradılıb.

AZƏRTAC xəbər verir ki, fevralın 11-də səhər saatlarında Çinə məxsus dörd patrul gəmisi Yaponiya ərazi sularına yaxınlaşıb. Bundan sonra həmin gəmilərdən biri bu əraziyə daxil olub. Böhran qərargahı hazırda hadisə ilə əlaqədar operativ informasiyanın toplanması ilə məşğuldur.

Xatırladaq ki, Tokio ilə Pekin arasında münasibətlər mübahisəli Senkaku adaları 2012-ci ildə Yaponiya hökuməti tərəfindən onların mənsub olduğu fiziki şəxsdən alındıqdan sonra gərginləşib. Həmin vaxt Çində Yaponiya əleyhinə kütləvi nümayişlər keçirilib. Bundan sonra Çin gəmiləri müntəzəm şəkildə mübahisəli adalar ətrafında dolanmaqda davam edir ki, bu da Yaponiya tərəfindən etirazla qarşılanır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.