DÜNYA


Yaponiya hökumətinin reytinqi 46 faizə yüksəlib

Tokio, 15 noyabr, AZƏRTAC

NHK telekanalının apardığı sonuncu rəy sorğusunun nəticələrinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqi 46 faizə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu, ötən aydakı göstərici ilə müqayisədə 7 faiz çoxdur. Hökumətin fəaliyyətini bəyənməyənlər 35 faiz təşkil edib ki, bu rəqəm də əvvəlki ayla müqayisədə 7 faiz aşağıdır.

Ş.Abenin kabinetini dəstəkləyənlərin 42 faizi bildirib ki, bu hökumət əvvəlkilərdən yaxşıdır. Rəyi soruşulanların 18 faizi qeyd edib ki, nazirlər vəzifələrinin öhdəsindən gələ bilirlər.

Hökumətin fəaliyyətindən narazı olanların 41 faizi deyib ki, onlar Ş.Abenin hökumətinə inanmırlar. Digər 32 faiz isə hazırkı Nazirlər Kabinetinin siyasətindən heç nə gözləmədiklərini bildiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.