DÜNYA


Yaponiya poçtu üzərində Olimpiya Oyunlarında medal qazananların fotosu olan markalar buraxacaq

Tokio, 14 fevral, AZƏRTAC

Yaponiyada Pxençanda keçirilən Qış Olimpiya Oyunlarında medal qazanmış yapon idmançıların fotoları əks olunan poçt markaları fevralın 15-də satışa çıxarılacaq.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya poçtu başa çatmaqda olan Olimpiada da medal qazanan bütün yapon olimpiyaçılarının fotosu əks olunan markalar buraxmağı planlaşdırır.

Belə ki, fevralın 15-də üç yapon medalçının - 1500 metr məsafəyə qaçış üzrə at çapmaq yarışlarında gümüş medal qazanmış Miho Takaqinin, tramplindən tullanma yarışlarında bürünc mükafat qazanan xizəkçi xanım Sara Takanaşi və fristaylınq moqul yarışlarında üçüncü yeri tutan xizəkçi Daiçi Haranın fotoları əks edilmiş ilk markaların satışa çıxarılacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.