SİYASƏT


Yaponiya portalı Azərbaycan Prezidentinin Türkiyənin Rize şəhərinə səfərindən yazıb

Tokio, 16 may, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə səfəri barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatda Türkiyədə nəqliyyat və infrastruktur sahəsində həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verilib. İki qardaş ölkə arasında energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.

Məlumatda postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər yaponiyalı oxucuların diqqətinə çatdırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.