SİYASƏT


Yaponiya saytı Prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri və ictimaiyyət nümayəndələri ilə görüşündən yazıb

Tokio, 26 oktyabr, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayımlanan məlumatda əvvəlcə Azərbaycan Prezidentinin Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdiyi bildirilib. Qeyd olunub ki, həmin yol Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən hissəni əhatə edir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin və birinci xanımın “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdikləri də bildirilib.

Diqqətə çatdırılıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüblər.

Məlumata AZƏRTAC-ın səfər barədə videosu da əlavə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.