DÜNYA


Yaponiya son 50 ildə ilk sərnişin təyyarəsini bazara çıxarmağa hazırlaşır

Tokio, 11 mart, AZƏRTAC 

ABŞ-da Yaponiyanın “Mitsubishi Regional Jet” (MRJ) yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Sınaqlar Yaponiyanın “Mitsubishi Aircraft” şirkətinin Vaşinqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki “MRJ” təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.

Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.

“MRJ” son 50 ildən çox müddət ərzində yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq. Onun uçuş məsafəsinin 1,5 min kilometrdən 3,5 min kilometrədək təşkil edəcəyi bildirilir. Həmçinin bu təyyarələr modelindən asılı olaraq göyərtəsinə 90-dək sərnişin qəbul edəcək.

 

Tokio

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.