DÜNYA


Yaponiyada gözlənilən vulkan püskürməsi ilə əlaqədar hazırlıq işlərinə başlanıb

Tokio, 15 avqust, AZƏRTAC 

Yaponiya hökuməti ölkənin cənub-qərbində gözlənilən təhlükəli vulkan püskürməsi ilə əlaqədar xüsusi böhran qərargahı yaradıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya Baş Meteorologiya Agentliyi ölkənin cənub-qərbində yerləşən Kuçinoerabu adasında gözlənilən vulkan püskürməsinin yarada biləcəyi təhlükə ilə əlaqədar yerli sakinləri xəbərdar edib. Mütəxəssislər bu məlumatı son günlər ərazidə artan vulkan mənşəli zəlzələlərlə əsaslandırırlar.

Agentliyin yaydığı məlumatda deyilir: “Hazırda təkanların episentri 2015-ci ilin mayında baş vermiş püskürmə ərazisində yerləşir. Vulkanın daha da fəallaşacağı gözlənilir”.

Ərazidə təhlükə ikinci səviyyədən birbaşa dördüncü səviyyəyə qaldırılıb ki, bu da təxliyə hazırlığı deməkdir.

Agentlik baş verə biləcək lava axını və iri daşların uçqunu ilə əlaqədar Şindake vulkanından 3 kilometr radiusda yaşayan sakinlərə maksimum ehtiyatlı olmağı tövsiyə edib.

Xatırladaq ki, 2015-ci ilin mayında Kuçinoerabu adasında gözlənilmədən vulkan püskürməsi baş verib. Təhlükə səviyyəsi beşinci dərəcəyədək qaldırırlıb. Həmin vaxt adadan təxliyə olunanlar yalnız dekabrda evlərinə geri dönə biliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.