DÜNYA


Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub 

Tokio, 10 avqust, AZƏRTAC

Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, bir nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Avqustun 10-da səhər saatlarında Qumma prefekturasında itkin düşdüyü bildirilən helikopterin qəzaya uğradığı bildirilir.

Xəbər verdiyimiz kimi, helikopter bu gün saat 9:15 dəqiqədə Qummadakı Maebaşi şəhərindən havaya qalxıb. Protokolda nəzərdə tutulduğu kimi, saat 10:45 dəqiqədə onunla rabitə əlaqəsi yaratmaq mümkün olmayıb. Günorta saatlarında Yaponiya özünümüdafiə qüvvələri helikopterin parçalarını dağlıq ərazidə aşkar ediblər. Helikopterin heyət üzvlərindən səkkizinin aşkar edildiyi və xəstəxanaya göndərildiyi bildirilir.

Onların altısının səhhəti barədə hələlik heç bir məlumat verilmir. Bir nəfərin isə itkin düşdüyü və onun axtarışlarının davam etdirildiyi qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.