DÜNYA


Yaponiyada ilk dəfə okean axınlarından elektrik enerjisi alınıb

Tokio, 21 avqust, AZƏRTAC 

Yaponiyanın “IHI Corporation” şirkəti və Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı (NEDO) birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçiriblər.

AZƏRTAC xəbər verir ki, Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib.

Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb.

Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər. Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.