DÜNYA


Yaponiyada istilər 138 nəfərin ölümünə səbəb olub

Bakı, 8 avqust, AZƏRTAC 

Yaponiyadakı anomal istilər nəticəsində son 3 ayda bu ölkədə 138 nəfər həyatını itirib.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Yaponiya Fövqəladə Hallar Agentliyi hazırladığı hesabatda bildirib ki, aprel 30-dan başlayaraq istidən ölənlərin sayı artıb. Bundan başqa 71 min 266 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Agentlik hesabatında qeyd edib ki, ölkə tarixində ilk dəfədir Yaponiya hökuməti bu cür statistika ilə qarşılaşır.

Qeyd edək ki, Yaponiyada sonuncu dəfə 40 dərəcə temperaturdan artıq istilər 2013-cü ildə qeydə alınıb. O vaxt xəstəxanaya müraciət edənlərin sayı 58 min 729 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.