DÜNYA


Yaponiyada sosial şəbəkələrdə təhqirə və zorakılığa görə daha sərt cəzalar tətbiq olunacaq

Tokio, 7 iyul, AZƏRTAC

İyulun 7-dən başlayaraq Yaponiyada sosial şəbəkələrdə təhqirə və zorakılığa görə daha sərt cəzaların tətbiqi barədə qanun qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, mövcud cəzaların sərtləşdirilməsi barədə qanun cari ilin əvvəllərində parlament tərəfindən qəbul edilib.

Bundan sonra sosial şəbəkələrdə təhqirə və zorakılığa yol verənləri bir il həbs cəzası, həmçinin 300 min yen (təqribən 2200 dollar) məbləğində cərimə gözləyir. Yaponiyada əvvəllər belə qanun pozuntusuna görə, cəmi 30 gün həbs cəzası və 10 min yen (73 dollar) cərimə tətbiq olunurdu.

Xatırladaq ki, Yaponiyada həmin qanunun sərtləşdirilməsinə səbəb 2020-ci ildə Netflix kanalının “Terrace House” realiti-şousunun iştirakçısı, yaponiyalı idmançı Hana Kimuranın ölümü göstərilir. Həmin şouda iştiraka görə sosial şəbəkələrdə davamlı şəkildə təhqirə və zorakılığa məruz qalan H.Kimura özünə qəsd etmişdi. Bununla əlaqədar Yaponiyanın iki vətəndaşı ictimaiyyət tərəfindən həddindən artıq yüngül hesab olunan cəmi 9 min yen (85 dollar) cərimə ilə cəzalandırılmışdı.

Bu sahədə qanunvericiliyin sərtləşdiriməsinin əsas təşəbbüskarlarından birinin hakim Liberal Demokratik Partiya və şəxsən ədliyyə naziri xanım Yoko Kamikava olduğu qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.