DÜNYA


Yaponiyada xilasedici helikopter itib

Yaponiyada xilasedici helikopter itib

Bakı, 10 avqust, AZƏRTAC

Yaponiyanın Qumma prefekturasında xilasedici helikopter itib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, helikopterdə 9 nəfər olub. Kusatsu-Sirane aktiv vulkanı ərazisində helikopterlə rabitə pozulub. Həmin vulkan bu ilin əvvəlində püskürüb.

Helikopterin ekipajı Qumma və Naqano prefekturalarının sərhədində dağ cığırlarının vəziyyətini yoxlamalı idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.