SİYASƏT


Yaponiyalı yutuber ümummilli lider Heydər Əliyev haqqında xüsusi yayım edib VİDEO

Tokio, 11 mart, AZƏRTAC

Yaponiyalı tanınmış yutuber Kazuyasu İşida özünün “Cross Border Club 3.0” yutub kanalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xüsusi yayım edib.

AZƏRTAC xəbər verir ki, ötən ay Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycana səfər edən K.İşida Bakının mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi qarşısında çəkilişlər edərək, onun xalqımızın həyatında oynadığı mühüm rol barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Liderin böyük və gərgin əməyi sayəsində Azərbaycan ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ərazilərinin işğalından, ölkə daxilində baş verən qarşıdurmadan xilas olaraq inkişaf və tərəqqi yoluna qədəm qoyub.

Ulu öndər Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin banisi adlandıran K.İşida məhz onun hazırladığı inkişaf strategiyası sayəsində ölkənin xaosdan xilas olduğunu, onun müəllifi olduğu neft strategiyası nəticəsində Qafqazın lider dövlətinə çevrildiyini qeyd edib. Bildirib ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin dünyanın aparıcı dövlətləri ilə apardığı siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu nümayəndəsinə çevrilib. Vurğulayıb ki, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün dünyanın hesablaşdığı möhtəşəm ölkəyə çevrilib. Heydər Əliyev Azərbaycanı nəinki keçmiş Sovet İttifaqının xarabaları altından çıxmağı bacarıb, həm də bütün dünyanın heyran qaldığı müasir inkişafın nümunəsinə çevrilib. Bu gün Azərbaycanda aparılan nəhəng quruculuq işlərinin, sosial-iqtisadi islahatların banisi ümummilli lider Heydər Əliyevdir.

Verilişdə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması istiqamətində gördüyü quruculuq işləri, həyata keçirdiyi islahatlar, ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması, bu ehtiyatlardan bütün dünyanın faydalanması üçün apardığı gərgin mübarizə barədə də danışılıb. Qeyd edilib ki, 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” nəticəsində Avropa ölkələrinin enerji təhlükəsizliyi təmin edilib. Bəzilərinin xəyal adlandırdığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri qısa müddətdə inşa edilərək istifadəyə verilib. Bu nəhəng layihələrin həyata keçirilməsi nəticəsində əhalinin rifah halı yaxşılaşıb, yoxsulluq səviyyəsi görünməmiş dərəcədə aşağı düşüb. Həmin layihələrin icrası Azərbaycanı bütün dünyaya böyük neft və qaz ölkəsi kimi tanıdıb.

Verilişdə ulu öndər Heydər Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verməsindən də bəhs edilib. Vurğulanıb ki, 1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfərindən sonra iki ölkə arasında münasibətlər sıx dostluq səviyyəsinə yüksəlib.

Yapon yutuber ulu öndər Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqı tərəfindən daim anıldığını, onun adının yüksək tutulduğunu, adına parklar, prospektlər, mədəniyyət mərkəzləri yaradıldığını, onun heykəllərinin ucaldıldığını da qeyd edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.