DÜNYA


Yaponiyanın Baş naziri ilin ikinci yarısında Çinə səfər edəcək

Tokio, 13 may, AZƏRTAC

Yaponiya və Çin hökumətləri cari ilin ikinci yarısında Baş nazir Şinzo Abenin Pekinə səfərinin təşkilini planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 13-də “Mainichi” qəzeti məlumat yayıb. Bildirilir ki, səfər avqust və ya dekabr aylarında baş tuta bilər. Çin tərəfi avqustda ölkənin Dövlət Şurasının Baş naziri Li Keçyanın, Koreya Respublikasının Prezidenti Mun Ce-inin və Yaponiyanın Baş naziri Şinzo Abenin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini istəyir. Lakin Ş.Abenin iş cədvəlinin sıxlığına görə, Yaponiya tərəfi bu görüşün daha gec keçiriləməsini təklif edir.

Bununla yanaşı, Çinin sədri Si Cinpin iyunda Osakada G20 sammitinin keçirilməsi ilə əlaqədar Yaponiyaya gələcək. Buna baxmayaraq, Yaponiya tərəfi onun Tokioya daha bir dövlət səfəri edərək yeni İmperatorla görüşməsini istəyir. Lakin növbəliyin gözlənilməsi məqsədilə Ş.Abe bundan əvvəl Çinə səfər etməlidir.

Xatırladaq ki, Ş.Abe son dəfə ötən ilin oktyabrında Çinə səfər edib. Həmin vaxt o, Çinin sədri Si Cinpin və Dövlət Şurasının Baş nazir Li keçyan ilə görüşüb.

Görüş zamanı tərəflər Koreya yarımadası problemi ilə əlaqədar ticari-iqtisadi məhdudiyyətlərin aradan qaldırılması və üçüncü ölkələrlə, o cümlədən Rusiya ilə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi sayəsində qarşılıqlı mövqelərin əlaqələndirilməsi barədə razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.