Yaponiyanın İşikava prefekturasının sahillərində güclü zəlzələ olub
AzerTAg.az
19.06.2022 [11:05]
Tokio, 19 iyun, AZƏRTAC
İyunun 19-da yerli vaxtla saat 15:08-də Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasının sahillərində, Yapon dənizində 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentri İşikava prefekturasına daxil olan Noto yarımadasında, ocağı 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib.
Yeraltı təkanların Niiqata prefekturası da daxil olmaqla Yapon dənizi sahilində yerləşən ərazilərdə hiss olunduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
02.07.2022 [15:56]
02.07.2022 [14:38]
02.07.2022 [14:24]
02.07.2022 [13:46]

MULTİMEDİA
02.07.2022 [16:00]
02.07.2022 [14:43]
02.07.2022 [12:09]
02.07.2022 [10:49]
02.07.2022
02.07.2022 [15:03]
02.07.2022 [14:30]
02.07.2022 [12:46]
02.07.2022 [15:57]
02.07.2022 [10:39]
02.07.2022 [15:37]
02.07.2022 [14:33]
02.07.2022 [14:25]
02.07.2022 [14:55]
02.07.2022 [14:12]
02.07.2022 [12:39]
01.07.2022 [09:47]
02.07.2022 [12:00]
02.07.2022 [11:15]
02.07.2022 [11:04]
02.07.2022 [13:22]
02.07.2022 [12:43]
02.07.2022 [16:10]
02.07.2022 [15:58]
Xəbərin mətnində orfoqrafik səhv var