DÜNYA


Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi Marsın peyki Fobosu tədqiq edəcək

Tokio, 20 fevral, AZƏRTAC

Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) Marsın peyki Fobosu tədqiq edəcəyi barədə planlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, JAXA-nın Marsın peykinə göndərəcəyi kosmik zond Fobosdan götürəcəyi süxur nümunələrini Yerə çatdıracaq. Bildirilir ki, bununla əlaqədar plan Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnika Nazirliyinin mütəxəssisləri tərəfindən bəyənilib.

Məlumat üçün qeyd edək ki, marsın Fobos və Deymos adlı iki peyki var. Tədqiqat məqsədilə zondun Fobosa 2024-cü ildə göndərilməsi və onun götürəcəyi süxur nümunələrinin 2029-cu ildə Yerə çatdırılması nəzərdə tutulur. Bu, ilk belə missiya olacaq.

Alimlər bu tədqiqatla Marsın peyklərinin yaranmasına və Günəş sisteminin planetlərinin formalaşmasına aydınlıq gətiriləcəyinə ümid edirlər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.