DÜNYA


Yaponiyanın “Kounotori-7” yük gəmisi Beynəlxalq Kosmik Stansiya ilə birləşib

Yaponiyanın “Kounotori-7” yük gəmisi Beynəlxalq Kosmik Stansiya ilə birləşib

Tokio, 28 sentyabr, AZƏRTAC

Yaponiyanın “Kounotori-7” yük gəmisi Beynəlxalq Kosmik Stansiya ilə birləşib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, sentyabrın 27-də pilotsuz gəmi Yerdən 400 kilometr məsafədə yerləşən stansiyanın manipulyatoru tərəfindən tutulub.

Xatırladaq ki, yük gəmisi Yaponiyanın Taneqaşima kosmik mərkəzindən sentyabrın 23-də H2B raketi vasitəsilə kosmosa çıxarılıb.

Birləşmə planlaşdırıldığından iki saat əvvəl başa çatıb.

Gəmidə eksperimental avadanlıq da daxil olmaqla 6,2 ton yük var ki, buraya da yapon litium-ion batareyaları və astronavtlar üçün gündəlik tələbat əşyaları daxildir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.