DÜNYA


Yaponiyanın Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub

Tokio, 11 aprel, AZƏRTAC 

Aprelin 11-də Yaponiyanın Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub. AZƏRTAC Yaponiya Baş Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Hönşü adasının şimal-şərqində və Hokkaydo adasının cənubunda hiss olunub.

Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.