İDMAN


Yaponiyanın cənubunda tüğyan edən “İn-fa” qasırğasına görə Olimpiadanın cədvəlində dəyişikliklər edilə bilər

Tokio, 24 iyul, AZƏRTAC

Başa çatmaqda olan həftənin əvvəllərindən Yaponiyanın cənubuna çatan və şimala doğru hərəkət edən “İn-fa” qasırğasına görə Olimpiadanın cədvəlində dəyişikliklər oluna bilər.

AZƏRTAC Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, yaxınlaşmaqda olan qasırğaya görə Tokio Olimpiya Oyunlarının cədvəlində dəyişikliklər aparılıb. Təşkilat komitəsinin rəsmi nümayəndəsi Takaya Masa jurnalistlərə bildirib ki, bəzi tədbirlərin, o cümlədən akademik avarçəkmə üzrə yarışların tarixi iyulun 26-na və sonrakı tarixlərə dəyişdirilib.

Məlumat üçün qeyd edək ki, “İn-fa” tropik qasırğası iyulun 20-dən Okinava sahillərində tüğyan edir. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, qasırğanın mərkəzində küləyin sürəti saniyədə 40 metrə, şiddətli əsdikdə isə 55 metrə çatır. Artıq beş nəfərin qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı qeyd edilir. Okinavanın Naha şəhərində yerləşən mərkəzi aeroportunda 55 daxili reys təxirə salınıb. Həmçinin dalğaların hündürlüyü 10 metrə çatdığına görə, regionda bərələrin hərəkəti də dayandırılıb.

Akademik avarçəkmə üzrə yarışların cədvəlinin dəyişdirilməsi barədə məlumatlar yayılsa da, Tokio körfəzində keçirilən təsnifat turniri heç bir təxirə salma baş vermədən davam etdirilib. Bu yarışlar üzrə idmançıların 14 medal dəsti uğrunda mübarizə apardığı qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.