DÜNYA


Yaponiyanın dörd prefekturası hökumətdən fövqəladə vəziyyət rejiminin vaxtından əvvəl ləğvini xahiş edib

Tokio, 24 fevral, AZƏRTAC

Yaponiyanın Aiçi, Osaka, Kioto və Hyoqo prefekturalarının hakimiyyət orqanları epidemioloji vəziyyətin vaxtından əvvəl yaxşılaşmasını nəzərə alaraq, mərkəzi hökumətdən fövqəladə vəziyyət rejiminin martın 7-dən əvvəl ləğv olunmasını xahiş ediblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, son günlər bu prefekturaların ərazilərində yeni yoluxmaların sayında kəskin azalma qeydə alınıb. Buna görə də həmin prefekturaların qubernatorları hökumətdən fövqəladə vəziyyət rejimini fevralın 28-də ləğv etməyi xahiş ediblər.

Xatırladaq ki, Yaponiyanın regionlarında fövqəladə vəziyyət rejimi yanvarın 7-də bir ay müddətinə elan edilib. Lakin sonradan 10 prefekturada onun müddəti martın 7-dək uzadılıb. Buraya paytaxt ilə yanaşı, Tokionun yaxınlığında yerləşən Kanaqava, Saytama, Çiba, Osaka, Hyoqo, Kioto, Qifu, Aiçi və Fukuoka prefekturaları daxildir. Həmin prefekturalarda təqribən 70 milyondan çox insan yaşayır ki, bu da Yaponiya əhalisinin yarıdan çoxunu təşkil edir.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 428 min nəfəri ötüb. Onlardan 7,6 mini həyatını itirib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.