Yaponiyanın müdafiə naziri: Şimali Koreya yaxın məsafəli ballistik raketləri sınaqdan keçirib
AzerTAg.az
Tokio, 13 may, AZƏRTAC
Mayın 12-də Şimali Koreya tərəfindən buraxılan ballistik raketlər çox güman ki, 2020-ci ildə sınaqları keçirilən qısamənzilli ballistik raketlərin eynisidir. Şimali Koreya həmin raketləri “super böyük raketlər” adlandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 13-də Yaponiyanın müdafiə naziri Nabuo Kişi jurnalistlərə bildirib.
Nazir əlavə edib ki, həmin raketlərin maksimum uçuş hündürlüyü təqribən 100 kilometr, uçuş məsafəsi 350 kilometr təşkil edib. Raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmadan Yapon dənizinə düşüb.
N.Kişi qeyd edib ki, Şimali Koreya tərəfindən ballistik raketlərin sınağı da daxil olmaqla, atılan addımlar yalnız Yaponiyada deyil, eyni zamanda, regionda sülhə və sabitliyə təhdiddir. Bu isə qətiyyən yolverilməzdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin mətnində orfoqrafik səhv var