DÜNYA


Yaponların əksəriyyəti ilkin şərt olmadan Rusiya ilə sülh müqaviləsinin imzalanmasının əleyhinədir

Tokio, 24 sentyabr, AZƏRTAC

“Yomiuri” qəzetinin apardığı sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 75 faizi Rusiya ilə heç bir ilkin şərt olmadan müqavilənin imzalanmasının əleyhinədir.

AZƏRTAC xəbər verir ki, qəzetin bu barədə apardığı sorğunun nəticələri sentyabrın 24-də dərc olunub.

Nəşrin məlumatına görə, rəyi soruşulanların əksəriyyəti hökumətin Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin yalnız şimal torpaqları məsələsi həll edildikdən sonra imzalanması barədə mövqeyini dəstəkləyir. Respondentlərin 14 faizi hökumətin mövqeyinə qarşı olduqlarını bildirib.

Eyni zamanda, işgüzar dairələr arasında populyarlığı ilə seçilən “Nikkey” qəzeti də belə bir sorğu aparıb. Bu qəzetin suallarını cavablandıran respondentlərin 66 faizi əvvəlcə ərazi mübahisəsinin həll edilməsini və bundan sonra müqavilənin imzalanmasını dəstəklədiklərini deyib. Rəyi soruşulanların 19 faizi isə hökumətin mövqeyinə qarşı olduqlarını bildirib.

Xatırladaq ki, sentyabrın 12-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Baş nazir Şinzo Abeyə Yaponiya ilə sülh müqaviləsini heç bir ilkin şərt irəli sürmədən imzalamağı təklif edib. Lakin tezliklə məsələyə mövqeyini bildirən Yaponiya hökuməti bunun yalnız ərazi mübahisəsi həll olunduqdan sonra mümkün olduğunu və bu mövqenin dəyişməz qaldığını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.