Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yaqub Mahmudov: İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir

Yaqub Mahmudov: İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir

Bakı, 18 sentyabr, AZƏRTAC

Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Akademik bildirib: “Biz imperiya yaradan xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu, saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb”.

Y.Mahmudov diqqətə çatdırıb ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb. “Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıb, soyqırımı həyata keçirib. Bizim tarixçilərimiz isə sovet dövründə çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılıb: “İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir”. Göründüyü kimi, bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir”, - deyə Y.Mahmudov vurğulayıb.

Tarixçi alim qeyd edib ki, Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcə də Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir. O deyib: “Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik. Amma Dərbənd, Borçalı mənim tariximdir. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıçısı və diplomatı A.S.Qriboyedovun “Ağıldan bəla” əsəri 1827-ci ildə İrəvanda Xan sarayının güzgülü zalında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. “İrəvanlı” adında ən azı yüzlərlə böyük sənətkarımız var. Eləcə də “Borçalı”, “Tiflisli” adı ilə nə qədər böyük sənətkarlarımız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbdən Prezident İlham Əliyevin göstərişinə əsasən “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabını hazırlayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımızın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışıq. Həmin broşürlərdə İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə Göy məscid qalıb ki, onun da bir hissəsini farslaşdırıblar, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilərlə bağlı tarixi abidələrin isə yaşı vur-tut 200 ildən çox deyil. Çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köçürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur”.

Onun sözlərinə görə, erməni vandallarının məhv etdikləri İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidə idi. “Bu əraziləri idarə edən hakimlərin hamısı İrəvan xanları idi. Onların içərisində bir nəfər də erməni yoxdur. Bu ərazilərin hamısını biz idarə etmişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı dörd dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul verin, zəhərləyin, o şəhər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan sonra divara adını yazdı, ermənilər oranı ayaqyoluna çevirdi və sonra isə bütünlüklə sarayı dağıtdılar. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy Məscid qismən salamat qalıb. İndi ermənilər özlərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək istəyirik ki, elə isə, hanı Sərdarabad qalası, hanı qədim İrəvan şəhəri? Hanı üç yüzdən artıq məscidimiz?”- deyə akademik bildirib.

İndi də ermənilər tərəfindən Qarabağda eyni ssenarinin aparıldığını deyən Y.Mahmudov əlavə edib: “Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilir. Bununla kifayətlənməyərək Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir, tarix kökündən dəyişdirilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı Astanada çıxışı zamanı qeyd edib: “Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Biz də bunları nəzərə alaraq tarixi faktlarla maarifləndirmə işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan, səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO