MƏDƏNİYYƏT
Yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər YARAT-da bir araya gəliblər
Bakı, 13 avqust, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə "Cannes Lions 2022" festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi aparıb, bilik və təcrübələrini bölüşüblər.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan tədbir Azərbaycan dilində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]