REGİONLAR


Yardımlıda avtonəqliyyat vasitələrinin sayı artıb

Yardımlıda avtonəqliyyat vasitələrinin sayı artıb

Yardımlı, 8 fevral, İlkin Adıyev, AZƏRTAC

Yardımlı rayonunda bu ilin əvvəlinə 4225 avtomobil istismarda olub, onlardan 2338 ədədi texniki baxışdan keçib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.

Nəqliyyat vasitələrindən 44 ədədi dövlət mülkiyyətinə, 56 ədədi isə xüsusi mülkiyyətə aid olmaqla cəmi 100 ədədi hüquqi şəxslərin, 4125 ədədi isə fiziki şəxslərin istifadəsindədir. Avtomobillərin 3689 ədədi minik, 476 ədədi yük, 23 ədədi xüsusi təyinatlı, 35 ədədi sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir.

Rayondakı minik avtomobillərinin 346-sı dizel, 16-sı hibrid, 23-ü qaz, qalanı isə benzin sərfiyyatlı nəqliyyat vasitələri növünə aiddir.

2023-cü ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında ötən ilə nisbətən 389 ədəd artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.