REGİONLAR
Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 8,7 faiz artıb
Yardımlı, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarının yumşaldılması, ictimai nəqliyyatın fəaliyyətinin bərpa olunması nəticəsində ölkədaxili səfərlərin artması ödənişli xidmətlərin, o cümlədən ictimai iaşə obyektlərinin fəaliyyətinə müsbət təsir göstərib.
Bu ilin doqquz ayında Yardımlı rayonunda əhaliyə göstərilmiş ödənişli xidmətin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artaraq 14 milyon 645 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə əhaliyə hüquqi şəxslər tərəfindən 1 milyon 576 min 400 manatlıq, fiziki şəxslər tərəfindən isə 13 milyon 68 min 600 manatlıq müxtəlif növ ödənişli xidmətlər göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətinin ümumi həcmi 78 min manat artaraq 1 milyon 856 min manata çatıb.
Doqquz ayda rayonda əhaliyə ictimai iaşə sahəsi üzrə 1 milyon 527 min manatlıq xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,6 faiz çoxdur.
Əhaliyə göstərilmiş xidmətlərin ümumi həcminin 0,6 faizi hüquqi şəxslərin, 99,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.