REGİONLAR


Yardımlıda sarımsaq yığımına başlanılıb

Yardımlı, 16 may, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Yardımlı rayonunun tərəvəz sahələrində sarımsaq yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il sahələrdən bol məhsul əldə edən fermerlər bu il sarımsaq sahələrini bir qədər də genişləndiriblər. Əkilən sarımsaq bitkisinə göstərilən düzgün aqrotexniki qulluq və vaxtında zərərvericilərə qarşı aparılan tədbirlər bu il məhsuldarlığı ötən illə müqayisədə təxminən 20 faiz artırmağa zəmin yaradıb.

Rayon ərazisində əsasən dəmyə üsulu ilə becərilən sarımsağın keyfiyyəti də yüksəkdir.

Fermerlərin bol məhsul əldə etmələrinə baxmayaraq, saxlama kameralarının olmaması onların işini çətinləşdirir. Məhsul istehsalçıları yetişdirdikləri sarımsağın böyük bir hissəsini sahələrdə ucuz satmaq məcburiyyətində qalırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.