REGİONLAR
Yardımlılar Ulu Öndərin rayon sakinlərinə göstərdiyi diqqət və qayğını böyük məhəbbətlə xatırlayırlar
Yardımlı, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Yardımlı rayonuna daim diqqət və qayğı göstərib. Rayon sakinləri Ulu Öndərlə keçirilən görüşləri böyük məhəbbətlə xatırlayırlar. Bu barədə dekabrın 12-də Yardımlı şəhərindəki Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbirində ətraflı bəhs olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, İkinci Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində böyük rəhbərin ruhuna dualar oxunub, şəhərdəki mərasim zalında 400 nəfərlik ehsan süfrəsi açılıb.