REGİONLAR


Yardımlılı məzun buraxılış imtahanlarında ən yüksək nəticə göstərib

Yardımlı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin iyulun 10-da əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 266,2 bal toplayan Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbinin məzunu Nuru Nərimanlı göstərib.

Nuru Nərimanlı dəfələrlə Respublika fənn olimpiadalarında iştirak edib və zona turunda həvəsləndirici yer tutub.

Ailənin böyük övladı olan Nurunun arzusu hüquqşünas olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.