İQTİSADİYYAT


Yarım ildə 399 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 17 iyul, AZƏRTAC 

Cari ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,9 faiz artaraq 399,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tikinti kərpicinin istehsalı 62,2 faiz, tikinti əhənginin istehsalı 50,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5 faiz artıb.

Sementin istehsalı 5,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 45,6 faiz, tikinti gipsinin istehsalı isə 81,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.