ELM VƏ TƏHSİL


Yasamal rayonunun 161 nömrəli orta məktəbində “Bilik günü” qeyd olunub VİDEO

Bakı, 16 sentyabr, Xanım Nağıyeva, AZƏRTAC

Yasamal rayonunda yerləşən C.Cabbarlı adına 161 nömrəli orta məktəbdə “Bilik günü” qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva çıxış edərək 1-ci sinfə qədəm qoyan şagirdlərə uğurlar arzulayıb.

Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində yerləşən məktəb ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Bu təhsil ocağında yaradılan şərait son illər ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Vurğulanıb ki, bu məktəbdə 1-ci sinif şagirdləri üçün dərslər “Sağlam təhsil – sağlam millət” layihəsi əsasında hazırlanan sinif otaqlarında keçiriləcək. Pilot layihənin tətbiqinə 2014–2015-ci tədris ilindən başlanılıb. Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.

Sonra birincilər üçün ilk zəng çalınıb.

Tədbir şagirdlərin ifasında bədii proqramla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.