İQTİSADİYYAT


Yaşayış binalarının damlarından suyun axıdılması təşkil olunmalıdır

Bakı, 14 dekabr, AZƏRTAC

Yaşayış binalarının damlarından suyun axıdılmasının təşkili ilə bağlı işlər planlaşdırılmalıdır.

AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu, komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Qeyd olunub ki, yaşayış otaqlarının və mətbəxin üstündə sanitar qovşağının layihələndirilməsinə yol verilmir. İkisəviyyəli mənzillərdə sanitar qovşağının mətbəx üstündə yerləşdirilməsi isə mümkündür.

Tikintidə istifadə edilən bütün material və məmulatlar insan orqanizmi üçün təhlükəsiz olmalı, onların sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğunluğu dövlət sanitariya-epidemioloji nəzarət orqanları tərəfindən verilmiş gigiyenik sertifikatlarla təsdiq edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.