CƏMİYYƏT
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 xəstəsi barədə cinayət işi başlanıb VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı COVID-19 virusunun aktiv daşıyıcısı olan həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk etdiyi məlum olub.
Bahadur Əsgərov müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.