Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıqla bağlı layihə çərçivəsində ilk seminar keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıqla bağlı “Kənd təsərrüfatı və torpaqdan istifadə, torpaqdan istifadənin dəyişməsi və meşə təsərrüfatı sektorlarında milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması” layihəsi çərçivəsində ilk seminar keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən icra olunacaq və 18 ay davam edəcək layihə Yaşıl İqlim Fonduna birbaşa çıxışı olacaq qurumların müəyyən edilməsini və həmin istiqamətdə müvafiq təşkilatların potensialının artırılmasını hədəfləyir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinin daim prioritet təşkil etdiyini bildirib. Nazir müavini qeyd edib ki, ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra ekologiyaya aid 20-dən çox beynəlxalq konvensiyaya qoşulub.

“Hazırda qlobal ekoloji problemlərdən biri də iqlim dəyişmələridir. Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır. Bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir. Bu baxımdan ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və 2016-cı ildə həmin Konvensiyaya əlavə olan Paris Sazişini imzalayıb və ratifikasiya edib. Paris Sazişinə əsasən inkişaf etməkdə olan ölkələr də qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında aktiv iştirak edərək atmosferə atılmaların azaldılması üzrə “Milli Səviyyədə Müəyyən Edilən Töhfələr” sənədini Konvensiya Katibliyinə təqdim etməyə dəvət ediliblər. Azərbaycan da “Milli Səviyyədə Müəyyən Edilən Töhfələr” barədə sənədi təqdim edərək qarşıya istixana effekti yaradan qaz emissiyalarını 1990-cı illə müqayisədə 35 faiz azaltmaq məqsədini qoyub.

Hazırda prioritet olaraq müəyyən edilmiş energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb”, - deyə R.Hacıyev bildirib.

Nazir müavininin sözlərinə görə, Yaşıl İqlim Fondunun dəstəyi ilə icrasına başlanılan əməkdaşlığa hazırlıq üzrə cari layihənin məqsədi ölkədə qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin edərək kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçilik sektorları üzrə öhdəliklərin yerinə yetirilməsinə şərait yaratmaqdır: “Bugünkü seminar Azərbaycanın Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlığa yönəlmiş növbəti tədbirlərdən biridir. Bu səbəbdən gələcək illərdə fondla əməkdaşlıq edəcək potensial təşkilatların nümayəndələri kimi, sizlərə seminardan maksimal şəkildə yararlanmağı tövsiyə edirəm. Qeyd etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə bir neçə ildir ki, məqsədyönlü şəkildə əməkdaşlıq edir. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə də uğurla davam etdiriləcək”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, Azərbaycanın ərazisinin fiziki və coğrafi xarakteristikası onu iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qoyur: “Ən son qiymətləndirmələrə əsasən Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır. Ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri artıq hiss olunmaqdadır və bu, özünü daşqınlar, quraqlıqlar, bürkü və eləcə də yazın əvvəlindən başlayaraq havanın temperaturunun kəskin artması şəklində büruzə verir. Bu baxımdan ən həssas sektorlarda iqlim texnologiyası üzrə həllərin hərtərəfli qiymətləndirilməsi, adaptasiya üzrə milli strategiya və fəaliyyət planlarının hazırlanması və onların milli sektorlara inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlər arasındadır”.

M.Çakmak qeyd edib ki, təyin edilmiş milli qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icraçı qurum kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yaşıl İqlim Fondu tərəfindən təsdiq olunmuş ikinci əməkdaşlığa hazırlıq layihəsinə start verir. O, layihə çərçivəsində iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində atılacaq addımların töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.

“İnkişafda olan ölkə kimi Azərbaycan iqlim dəyişikliyini ciddi ətraf-mühit problemlərindən biri hesab edir və bu sahədə beynəlxalq əməkdaşlığı dəstəkləyir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı öz növbəsində dünyanın qabaqcıl təcrübələrin gətirilməsi və tətbiq edilməsi istiqamətində Azərbaycandan dəstəyini əsirgəməyəcək. İkinci əməkdaşlığa hazırlıq layihəsi akkreditasiya prosesinin başlanması üçün ən uyğun milli qurumun müəyyən edilməsini də hədəfləyir. Akkreditasiya prosesi müvafiq sektorlardan olan bütün qurumlara açıq olacaq”, - deyə M.Çakmak vurğulayıb.

Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki məsləhətçisinin əvəzləyicisi və layihə koordinatoru Karmen Arquello Azərbaycanda ətraf mühit üzrə mövcud vəziyyət və iqlim sahəsində fəaliyyətlər, kənd təsərrüfatı da daxil olmaqla əsas sektorlarda iqlimlə bağlı tədbirlərin həyata keçirilmə imkanları barədə təqdimatla çıxış edib.

Tədbir sessiya və müzakirələrlə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib