CƏMİYYƏT


“Yaşıl Marafon” çərçivəsində Ağdaşda 2500 ağac əkilib

Bakı, 22 oktyabr, AZƏRTAC

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ağdaşda “Yaşıl Marafon” kampaniyası həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində Ağdaş rayonunun meşə fondu torpağının 2 hektar ərazisində nazirliyin rəsmilərinin, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2500 ədəd meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.

Qeyd edək ki, payız ağac əkini ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.