DÜNYA


Yava dənizində itən gəminin axtarışları davam etdirilir

Tokio, 10 yanvar, AZƏRTAC 

İndoneziyanın hakimiyyət orqanları Yava dənizində itən gəminin axtarışlarını davam etdirir.

AZƏRTAC “Teh Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, palma yağı ilə yüklənmiş “Namse Bangdzod” adlı gəmi dekabrın 27-də Sampit limanından çıxaraq Kalimantan adasına yola düşüb.

Göyərtəsində 12 dənizçinin olduğu gəmi ilə əlaqə o, Cakarta yaxınlığındakı Karavanq limanının yanından keçərkən kəsilib. Yanvarın 7-də gəminin itdiyi barədə elan verilib.

Hazırda gəminin axtarışı ilə İndoneziya Fövqəladə Hallarla Mübarizə Agentliyi (Basarnas) məşğuldur. Karavanq polisi isə yerli balıqçıları axtarışlara yardım etməyə çağırıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.