İDMAN


Yavər Hüseynov: “Arpaçay Open”də bu il rekord sayda idmançı mübarizə aparır

Bakı, 18 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

“Arpaçay Open”də bu il rekord sayda idmançı mübarizə aparır. Beynəlxalq turnir artıq ölkəmizdə üçüncü dəfədir təşkil olunur. Müqayisə üçün bildirim ki, 2017-ci ildə keçirilən ilk turnirdə 450, ikinci turnirdə 650 idmançı iştirak etmişdi. Bu il isə yarışda 1100-ə yaxın karateçi müxtəlif yaş qruplarında qüvvəsini sınayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov deyib. O qeyd edib ki, turnirə marağın ildən-ilə artmasının nəticəsidir ki, həm iştirakçı ölkələrin, həm də idmançıların sayı artır. “2017-ci ildə təşkil edilən analoji turnirdə üç, ötənilki yarışda altı ölkədən gəlmiş karateçilər iştirak edirdilərsə, bu il artıq on xarici ölkədən komandalar yarışa qatılıblar. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımız üçün çox əzizdir. Çalışacağıq ki, Azərbaycan Milli Karate Federasiyası ilə birgə təşkil etdiyimiz yarış bu dəfə də yüksək səviyyədə keçirilsin”, - deyə Yavər Hüseynov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.