Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaxın Şərqdə “hibrid müstəmləkəçilik” siyasəti

Yaxın Şərqdə “hibrid müstəmləkəçilik” siyasəti

Qahirə, 26 aprel, AZƏRTAC

“Yaxın Şərq” termini ilk dəfə Amerika tarixçisi Alfred Mahan tərəfindən 1902-ci ildə istifadə olunub. Qərb politoloqları bu yeni termini Cənubi Qafqazdan Şimali Afrikayadək olan əraziyə, daha çox ərəblərin yaşadığı coğrafi məkana aid etməyə başladılar. Həmin il “The Times” nəşrinin xarici siyasət üzrə redaktoru Valentine Çirol “The Middle Eastren Question” (Yaxın Şərq məsələsi) sərlövhəli məqaləsində bu regionun Hindistana gedən yolun üzərində yerləşən bütün əraziləri əhatə etdiyini yazmışdı. XX əsrin əvvəllərində Yaxın Şərq adlanan regionda suriyalı, fələstinli və iraqlı adı daşıyan xalqlar da olmayıb. Uzun əsrlər Osmanlı imperiyasının hegemonluğu altında olan bu ərazilərdə yaşayan əhali ümumi olaraq “ərəblər” adlanırdı. Beləliklə, XX əsrin siyasi terminologiyasında meydana çıxan Yaxın Şərq termini Avropa imperializminin məhsulu olub. Müstəmləkə siyasətinin mərkəzi də məhz Qərbi Avropadır. Ümumilikdə, Qərbin “hibrid müstəmləkəçilik” siyasəti üç mərhələdən – müstəmləkəçilik, neomüstəmləkəçilik və postmüstəmləkəçilik ibarətdir.

Neftin kəşfi və Qərbin Yaxın Şərqdə yeni planları

1908-ci ildə geoloq Corc Bernard Reynolds İran ərazisində ilk neft yatağını kəşf edib. Bundan sonra Ərəb yarımadasına yönələn müstəmləkəçi güclər 1938-ci ildə Səudiyyə Ərəbistanının ərazisində “qara qızıl” yataqları aşkar ediblər. II Dünya müharibəsi səbəbindən bu prosesdə yaranmış durğunluq XX əsrin 50-60-cı illərində tam sürətlə davam edib. Küveyt, İraq, Oman və Bəhreyndə tapılan karbohidrogen ehtiyatları da Qərb şirkətlərinin nəzarətinə keçib. Həmin illərdə ənənəvi müstəmləkəçi dövlətlərə yeni rəqib - ABŞ sözügedən regionda daha fəal rol oynamağa başlayıb.

Neft amili ilə yanaşı, Yaxın Şərq coğrafi mövqeyi baxımından da çox əhəmiyyətlidir; Şərq-Qərb, quru və dəniz yollarının kəsişməsində yerləşməsi müstəmləkə dövründən sonra Qərb ölkələrini yeni strateji planlar həyata keçirməsi və bununla da regionda təsirini qorumasına vadar edirdi. 1932-ci ildə İraq və 1946-cı ildə Livan və İordaniya dövlətlərinin qurulması ilə başlayan müstəmləkəçiliyin başa çatması prosesi 1971-ci ildə Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinin elan edilməsi ilə yekunlaşdı. Lakin bu proses imperializmin törətdiyi faciələrlə müşayiət olundu. Xüsusən ərəb dünyasında təsirini qoruyub saxlamaq istəyən Fransa tərəfindən 1962-ci ildə müstəqilliyini elan edən Əlcəzairdə 1,5 milyon insan qətlə yetirildi. Bununla belə, Qərbin beyin mərkəzləri bu üsullarla regionda hegemonluğu qoruyub saxlamağın qeyri-mümkünlüyünü də başa düşürdülər. Artıq yeni dövlətlər formalaşması, Süveyş kanalının Misir tərəfindən milliləşdirilməsi, ərəb ölkələri liderlərinin özünəinamının artması fonunda yeni metodlara ehtiyac yaranmışdı. Həmin yeni siyasət neomüstəmləkəçilik oldu.

Neomüstəmləkəçilik və “ərəb baharı”

Neomüstəmləkəçilik iri kapitalist Qərb ölkələri tərəfindən gənc və inkişaf etməkdə olan dövlətlərin, o cümlədən müstəmləkə əsarətindən qurtulmuş xalqların yeni iqtisadi, maliyyə və hərbi üsullarla tabe etdirilməsi və istismarı sistemidir. Bu termin Asiya-Afrika ölkələrinin Bandunq Konfransından (1955-ci il) sonra daha ox yayılıb və Qərbin bu yeni müstəmləkəçilik siyasətinə qarşı Qoşulmama Hərəkatı yaradılıb.

Ərəb ölkələrinin siyasi cəhətdən pərakəndəliyi, iqtisadi, xüsusən maliyyə və texnoloji baxımdan Qərbdən asılılığı neomüstəmləkəçilik tərkib hissəsidir. “Soyuq müharibə”yə qədər Yaxın Şərqdə hegemon olan Böyük Britaniyanı əvəz edən ABŞ siyasətçiləri isə neomüstəmləkəçilik dövründə keçmişdən miras qalan və ərəb dövlətlərinin yaranması zamanı gələcək münaqişələrə zəmin yaradan amillərdən - ərazi mübahisələri, məzhəb ayrılığı, psevdodemokratiya şüarları və s. istifadə etməyə başladılar. Təsadüfi deyil ki, son illər Şimali Afrika və Yaxın Şərqin 16 ölkəsindən 7-sində daxili silahlı münaqişələr baş verib. Yəmən, İraq, Suriyada sünni-şiə ixtilafı zəminində törədilən qırğınlar və viran qoyulan şəhərlər də həmin siyasətin nəticələridir.

1980-1988-ci illər İran-İraq müharibəsi, 1990-cı ildə Səddam Hüseynin Küveytə hərbi müdaxiləsi zamanı yüz minlərlə insanın həlak olması, 2003-cü ildə İraq liderinin özünə qarşı ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yüz minlərlə insan tələfatı və dağıntılar, 2014-cü ildən Yəməndə davam edən və çoxlu sayda dinc sakinin ölümünə səbəb olan vətəndaş müharibəsi və s. Qərbin “Böyük Yaxın Şərq” planının tərkib hissəsi hesab edilir.

Analitiklər hesab edirlər ki, 2010-cu ildə Tunisdə başlayan və “ərəb baharı” adı ilə regiona yayılan iğtişaşlar və silahlı münaqişələrin əsas səbəblərindən biri Qərbin region dövlətlərinə qarşı soyğunçuluq siyasətidir. 2011-ci ildə “The Guardian” yazırdı ki, Fransa hökuməti əvvəlcə iğtişaşları zor gücü ilə yatırmaq üçün Tunis Prezidenti Bin Əliyə yardım təklif edib. Lakin az sonra rəsmi Paris hakimiyyəti devrilən tunisli dövlət başçısına sığınacaq verməkdən belə imtina edib. Liviyada da Muammər Qəddafi rejiminə qarşı NATO-nun hərbi əməliyyatının həyata keçirilməsində ən fəal rol oynayan məhz Fransa olub. Şübhəsiz ki, Fransa, Almaniya və digər Qərb ölkələrinin əsas məqsədi regionda öz iqtisadi maraqlarını təmin etmək idi. Avropa və ABŞ hökumətlərinin əsas hədəfi bu ölkələrin təbii sərvətləri hesabına öz əhalisinin rifahının təminidir. Məhz bunun nəticəsidir ki, rəsmi məlumata görə, 2019-cu ildə Almaniya və Fransada adambaşına düşən milli gəlir 34-38 min avro, Tunis və Liviyada isə cəmi 980 -1200 avro olub.

“Ərəb baharı” avantürasının ən böyük qurbanları Suriya vətəndaşları oldular. Belə ki, vətəndaş müharibəsi və Qərb koalisiyasının müdaxiləsi nəticəsində 4,8 milyon insan qaçqın, 6,3 milyon nəfər isə məcburi köçkünə çevrildi. Bu ölkədə yarım milyona yaxın insanın da həlak olduğu bildirilir. “Parçala və hökm et” siyasətinin ən bariz nümunəsi isə Yəməndə baş verir. Bu ölkədəki məzhəb və etnik zəmində silahlı münaqişəyə bir neçə tərəf – husilər, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hadilər, habelə “Ənsar əl-Şəriyyə” təşkilatı və “Əl Qaidə”nin Ərəb yarımadasında olan silahlıları cəlb olunublar. Hazırda ən böyük neft-qaz yataqlarının olduğu Mərib bölgəsi uğrunda da qızğın döyüşlər gedir. Bütün silahlı münaqişələrdə effektsiz vasitəçi rolunu oynayan BMT və Qərb ölkələri isə dağıntılar, aclıq və səfalətə düçar olmuş Yəmən xalqının faciəsinə biganədir. “Ərəb baharı”nın viran qoyduğu Liviyada da vəziyyət acınacaqlıdır. Hazırda Əbdülhəmid Dbeibahın başçılıq etdiyi keçici hökumətin də bu ölkənin ərazi bütövlüyünü qoruyacağı və sülhü təmin edəcəyi şübhə altındadır.

Postmüstəmləkəçilik növbəti qlobal təsir vasitəsi kimi

Qloballaşma və yüksək texnologiyaların inkişafı Qərbin keçmiş müstəmləkələrində təsirini qoruyub saxlamaqda yeni siyasəti labüd edib. Fransız alimlərinin nəzəriyyəsi olan, habelə müstəmləkəçilik və imperializmin mədəni irsi adlanan postmüstəmləkəçilik həmin ölkələr üzərində fəlsəfə, kino, siyasi elmlər, sosial-iqtisadi coğrafiya, sosiologiya, feminizm, dini tədqiqatlar və ədəbiyyat sahələrində nəzəriyyələri ehtiva edir.

Yeni tendensiyanın ən mühüm istiqamətlərindən biri ərəb ölkələrində insanların milli kimliyi və yeni dövlətlərin sərhədlərinin Qərbin diktəsi ilə müəyyən edilməsidir. Nəzih Eyyubinin “Ərəb dövlətlərinin qurulması” və Rafael İsraelin “İordaniya Fələstindirmi?” adlı əsərlərində göstərilir ki, əslində, Yaxın Şərqdə müstəmləkəçilik siyasəti davam edir və onun sosial fraqmentləri daha qabarıqdır.

Epistemologiya (biliklərin mənbəyi və etibarlılığı elmi) ərəblərə təlqin edir ki, onları bugünkü inkişafı və dövlətçiliyini keçmiş müstəmləkəçilərinə borcludur, həmçinin Qərbin dəstəyi və himayəsi olmadan öz ölkələrini inkişaf etdirə bilməzlər. Burada, əslində, Qərbin hərcəhətli üstünlüyünü təbliğ etmək ön plana çıxır. Başlıca məqsəd Yaxın Şərqin yeni nəsillərinin məhz ABŞ və Avropa ideologiyasına uyğun, Qərb mədəniyyəti ruhunda tərbiyə edilməsi, İslam dəyərlərinin tədricən sıradan çıxarılmasıdır. Bəzi analitiklər hesab edirlər ki, yeni reallıqlar fonunda bu siyasət Qərb ölkələri üçün “bumeranq effekti” ilə nəticələnə bilər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!