DÜNYA
Yaxın Şərqdən Avropaya üz tutan miqrantlar istiqaməti dəyişirlər
Buxarest, 19 avqust, AZƏRTAC
Yaxın Şərqdən, Suriya və İraqdan Qərbi Avropa ölkələrinə üz tutan miqrantlar artıq yeni istiqamət seçirlər. Belə ki, ənənəvi Yunanıstan, İtaliya, Malta və İspaniya istiqamətləri Rumıniya, Bolqarıstan, Qara dəniz istiqamətləri ilə dəyişdirilir.
2017-ci ilin birinci yarısında Rumıniyaya üz tutan miqrantların sayı keçən illə nisbətdə 3 dəfə artıb. İstiqamətin dəyişməsi Böyük Britaniya mediası tərəfindən də təsdiq edilir. Belə ki, “The Times” qəzeti bildirir ki, miqrantlar Avropaya daha asan yolla daxil olmaq üçün Qara dənizdən istifadə edirlər. Avropaya Rumıniya və Bolqarıstandan daxil olmaq istəyən qaçqınlar Türkiyə ərazisində məskunlaşan 3 milyon qaçqının arasındadır. Bunların yalnız 10 faizi qaçqın düşərgələrində yerləşdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]