İQTİSADİYYAT


Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur

Bakı, 12 yanvar, AZƏRTAC

Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: "Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur. Biz kömək edirik, bu işlərə büdcədən vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki, onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər".

Ticarət evlərinin yaradıldığını deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb. Bu da bizim təşəbbüsümüzdür. Onu da bildirməliyəm ki, bizim Ticarət evlərimizə çox böyük maraq var. Bu Ticarət evlərinin açılması nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.