SİYASƏT


“Yaxşı ki, təsərrüfat işləri ilə əlaqədar yuxudan tez oyanmışdıq, yoxsa sağ qalmazdıq" – Ağdam sakini  FOTO

Ağdam, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Əhmədağalı kəndidir. Erməni faşistlərinin artilleriya atəşi nəticəsində kənddə bir nəfər mülki şəxs yaralanıb, evlərə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib. Lakin bunlara baxmayaraq, kənd əhalisinin əhval-ruhiyyəsi yüksəkdir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Əhmədağalı kənd sakini Taleh Əliyev: "Düşmənin artilleriya atəşi nəticəsində bizim evə də ziyan dəyib. Mərminin partlaması nəticəsində yataq otağı tamamilə yararsız vəziyyətə düşüb. Həmin gün ailəlikcə evdə idik. Mərmi evin yaxınlığına səhər düşdü. Yaxşı ki, təsərrüfat işləri ilə əlaqədar yuxudan tez oyanmışdıq. Yoxsa sağ qalmazdıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.