CƏMİYYƏT


Yayda ağaclara qulluq qaydası

Bakı, 10 may, AZƏRTAC

Yaz əkin mövsümündə əkilən və ekokönüllülər tərəfindən vətəndaşlara paylanılan ağacların bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi yay aylarında onlara göstərilən aqrotexniki qulluqdan asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib.

Mütəxəssisin sözlərinə görə, ağacların normal böyüməsi və inkişaf etməsi üçün yazın sonu və yay mövsümündə həftədə bir dəfə, səhər saatlarında, xüsusən də küləksiz günlərdə hər bir ağac tinginə təxminən 10 litr su verilməlidir.

V.Fərzəliyev ağac əkilən vaxtdan inkişaf dövrünə qədər ona vaxtaşırı qulluq olunmasının, torpağı qida elementləri ilə zənginləşdirmək üçün ona üzvü və mineral gübrələr verilməsinin vacibliyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.