MƏDƏNİYYƏT
Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi, Respublika Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə yazıçı oxucuları maraqlandıran sualları cavablandırıb, kitablarını imzası ilə onlara təqdim edib. Natiq Rəsulzadə “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və digər əsərlərin müəllifidir. Onun ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya...”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi maraqlı filmlər çəkilib.