CƏMİYYƏT
Yeddi nömrəli cəzaçəkmə müəssisəsində dama və şahmat turnirləri keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına müvafiq olaraq, 7 saylı cəzaçəkmə müəssisəsində dama və şahmat turnirləri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə mayoru İlkin Rəhimov, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru, ədliyyə mayoru Süleyman Salayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, paytaxtın dama və şahmat idman növləri üzrə koordinator–kuratoru Salman Əbdülov və Xətai rayonu gənclər və idman idarəsinin nümayəndəsi Tural Əhmədli çıxışlarında belə tədbir və yarışların məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması baxımından önəmini vurğulayıblar.
Olimpiya sistemi üzrə keçirilən turnirlərin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və xatirə hədiyyələri ilə təltif olunublar.