İDMAN


Yeddiqat dünya çempionu Luis Hamilton koronavirusa yoluxub

Bakı, 1 dekabr, AZƏRTAC

Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə britaniyalının təmsil olunduğu “Mercedes” komandasının mətbuat xidməti məlumat yayıb. Belə ki, pilot keçən həftə nəticəsi mənfi olan 3 testdən keçib. Lakin bazar ertəsi xəstəliyin yüngül simptomlarını hiss etdiyindən yenidən koronavirus infeksiyasına qarşı test verməli olub və bu dəfə nəticə müsbət olub. Britaniyalı sürücü hazırda Bəhreyndə karantin altındadır. Onunla təmasda olan hər kəs təkrar testlərdən keçəcək.

L.Hamilton Formula 1-in cari mövsümündə koronavirusa yoluxan üçüncü pilotdur. Buna qədər meksikalı Serxio Perez və kanadalı Lens Stroll (hər ikisi “Racing Point”) infeksiyaya yoluxublar.

Bununla da o, növbəti yarışı - dekabrın 6-da yenidən Bəhreyndə təşkil olunacaq Qran-Prini buraxmalı olacaq.

Ötən yarış L.Hamilton Bəhreyn Qran-Prisinin qalibi olub. O, pilotların siyahısına 332 xalla başçılıq edir. Onun komanda yoldaşı Valtteri Bottas 201 xalla ikinci, Maks Ferstappen (“Red Bull”) isə 189 xalla üçüncü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.